Saytda ümumi qaydalar


Saytdan istifadə etməzdən öncə bu qaydaları oxumalı və üzərinizə düşən öhdəlikləri yerinə yetirməlisiniz.


1. Saytda sual verərkən, rəy yazarkən, müraciət edərkən mədəni olmalısınız. Mövzuları chat-a çevirmək olmaz. Əməl etməsəniz saytdan uzaqlaşdırılacaqsınız.


2. Sual başlıqlarını, sualları, rəyləri yazarkən Azərbaycan şriftlərindən istifadə edin. Ə, Ö, Ü, Ğ, Ç, Ş, İ (ə, ö, ü, ğ, ç, ş, ı) hərfləri ehtiyac olan yerdə mütləq istifadə edin. Əks halda sualınız və yaxud rəyiniz silinəcək. Bu halı davam etdirsəniz saytdan uzaqlaşdırılacaqsınız.


3. Eyni sualı ardıcıl olaraq sayta göndərmək olmaz. Saytda göndərilən suallar saytın bazasına yüklənir və Administratorların yoxlamasından sonra saytda yayımlanır. Adminstratorlar və digər istifadəçilər tərəfindən cavablanır. Bu səbəbdən diqqətli olun.


4. “Kömək edin, təcili komək lazımdır, xahiş edirəm kömək edin” başlıqlı sual göndərmək qadağandır. Sual başlığında problemin 3-4 sözlük məzmununu yazmaq lazımdır. Əks halda sualınız silinəcək və xəbərdarlıq olunacaq. Hal təkrar olunduqda istifadəçi saytdan uzaqlaşdırılacaq.


5. Sual verərkən fikrinizi aydın şəkildə yazın. Bu problemlərin həllində vacib məqamdır. Əks halda yazınız silinəcək. Yazınızın silinməsi haqda şərh və ya sual göndərsəniz saytdan uzaqlaşdırılacaqsınız.


6. Saytda digər saytların hack olunması, script oğurlanması (rip olunması), hackinglə bağlı sualların verilməsi, bu işi görən proqramların istənilməsi, wifi parolun sındırılması və s. bu tip sualların verilməsi qadağandır. Əməl etməyən saytdan uzaqlaşdırılacaq.


7. Suallarda, rəylərdə təhqir məzmunlu sözlər yazmaq qəti qadağandır. Bunu edən istifadəçilər şərtsiz olaraq saytdan uzaqlaşdırılacaq.


8. E-mail, telefon nömrəsi, sayt adı, faks nömrəsi, skype adresi kimi məlumatları suallarda, rəylərdə, istifadəçi adlarında yazmaq qadağandır. Vacib hallarda Şəxsi Mesajla göndərin. Əməl etməyən saytdan uzaqlaşdırılacaq.


9. Başqa saytların reklamı, şərhlərdə yazılması qadağandır.


10. Saytda proqram, oyun, video dərs və s. saytın formatına uyğun xəbərlər göndərən, köməyə ehtiyacı olan istifadəçilərə kömək edən istifadəçilər statusla mükafatlandırılacaq



Əgər bu qaydalar sizi qane etmirsə yaxşı olar ki, saytdan uzaqlaşasınız.



Hal-hazırda

İstifadəçilər: {1} Mətləb

Qonaqlar: {7} Qonaq, Qonaq, Qonaq, Qonaq, Qonaq, Qonaq, Qonaq

Axtarış sistemləri: {1} Google

Ümumi: {9}


Qeyd: E-mail hesabları hazırda işlək olmayan 2 ildən çox sayta giriş etməyən istifadəçilərin hesabları hissə-hissə olaraq silinəcək.
Əvvəlki dizayna keçid
İstifadəçi Paneli
Yeni Hesab
Şifrənin bərpası
Son şərhlər
Windows 7 orginal paket
Administrator - Mətləb, Salam. Təəssüf. Saytımıza daxil olan rəsmi məktuba əsasən Saytda daha Microsoft məhsulları
Recuva 1.53.1087 (Business/ Professional/ Technician)
Administrator - or05xan, Salam. Bu proqram kompüterdə silinmiş faylları geri qaytarmağa kömək edə bilən proqramdır.
Recuva 1.53.1087 (Business/ Professional/ Technician)
or05xan - Salam telefonda silinmiş şəkilləri bununla necə qaytarmaq olar? telefonun yaddaşı görmür bu proqram.
Assassin's Creed III - torrent
Administrator - elnurwindows, Salam. Yükləmə linki yeniləndi.
Bizim seçim
Internet Download Manager 6.37.10
Internet Download Manager 6.37.10

Internet Download Manager, Flashget-dən sonra hazırlanmış bəlkə də ən yaxşı fayl yükləmə

CorelDRAW Graphics Suite 2019 21.2.0.706 ENG-RUS-TR
CorelDRAW Graphics Suite 2019 21.2.0.706 ENG-RUS-TR

CorelDRAW Graphics Suite 2019 21.2.0.706 ENG-RUS-TR

Adobe Acrobat Pro DC 2019 (v19.10.20099) Multilingual
Adobe Acrobat Pro DC 2019 (v19.10.20099) Multilingual

Adobe Acrobat Pro DC 2019 (v19.0) Multilingual

WinRAR v5.71 (32Bit/64Bit) AZ-EN-RU
WinRAR v5.71 (32Bit/64Bit) AZ-EN-RU

WinRAR v5.71 (32Bit/64Bit)

Facebook səhifəmiz