TQDK qeydiyyat
Salam. internet vasitəsi ilə TQDK səhfəsindən qəbul imtahanına necə qeydiyyatdan keçə bilərəm? zəhmət olmasa bilənlər cavablandırsın.

Sual müəllifi:

xeyalen

Verilmiş cavab sayı: 5

Aleykum salam. Bakalavriyat səviyyəsinə qəbul qeydiyyatı üçün ilk öncə sizin iş nömrəniz və parolunuz olmalıdır. Bunu Azercell, Bakcell, nar nömrələrin hər hansı birindən 7725 nömrəsinə boş sms göndərməklə əldə edə bilərsiniz. ƏDV (Əlavə Dəyər Vergisi) ilə birlikdə xərci 2.50 Azn-dir.
iş nömrəsi və parolu aldıqdan sonra aşağıdakı linkdə daxil olub Sağ yuxarı küncdən Abituriyent üçün linkinə klikləyin.
Daxil olun

Daxil olduqdan sonra aldığınız iş nömrəsi və parolu həmin xanalara yazın və Daxil ol düyməsinə klikləyin. Açılan səhifədə siz Şəxsiyyət vəsiqənizin seriya nömrəsini və kodunu daxil etməlisiniz.
Seriya bu cürdür.
Məs: AZE 12345678
Kod isə vəsiqənin aşağı sağ küncündəki rəqəmdən başlayaraq sağdan sola 8 simvol saymalısınız və soldan sağa yazmalısınız. sonuncu, yəni 8-ci simvol lazım deyil. 7 simvol yazmalısınız. (Aşağıda qırmızı ilə qeyd etdim)
Məs: 6K3JJOS1
Növbəti səhifəyə keçəndə orada sizin haqqınızda məlumatlar və şəkliniz görünəcək. orada qeydiyyatda olduğunuz ünvan yazılmış olacaq. Əgər faktiki yaşadığınız ünvan qeydiyyatda olduğunuz ünvandan fərqlidirsə orada yazmaq üçün lazımi xananı görəcəksiniz. Azərbaycan şriftləriylə adresi oraya yazmaq lazımdır.
Aşağı hissələrdə oxuduğunuz (və yaxud bitirdiyiniz) məktəbin nömrəsi qeyd olunacaq. Həmçinin imtahan verəcəyiniz qrupu, hansı dildə imtahan verəcəyinizi və xarici dilinizi orada seçməlisiniz.
Səhifənin sonunda qiymət cədvəlini görəcəksiniz. Əgər bu ilin məzunusunuzsa orada heç bir qiymət işarələmək lazım deyil. keçən illərin məzunusunuzsa orada qiymətlərinizi görəcəksiniz.
Bütün məlumatları düzgün qeyd etdiyinizdən əmin olduqdan sonra "Məlumatı yadda saxla" düyməsinə klikləyin. Bu ilin məzunusunuzsa daha sonra Ərizəni təsdiq et düyməsinə klikləyin. Bundan sonra siz printeriniz varsa ərizənizi çap edə bilərsiniz. yoxdursa istənilən print xidmətləri mağazasından ərizənizi çap etdirə bilərsiniz.
Uğurlar. Qaranlıq qalan hər hansı bir şey olarsa buyurub yaza bilərsiniz.
Çox sağ olun siz deyənləri etdim ancaq mən bu ilin məzunu deyiləm məktəbi 2011-ci ildə bitirmişəm indi mən təsdiq et düyməsini basmalıyam?
Bəli. hər iki halda ərizəni dəsdiq etməlisiniz.

Aşağıda göstərilən kateqoriyalardan olan abituriyentlər elektron ərizələrini Sənəd Qəbulu Komissiyalarına (SQK) müraciət etmədən özləri təsdiq edirlər:
- Azərbaycan Respublikasının ümumi təhsil müəssisələrini cari ildə bitirən abituriyentlər;
- Azərbaycan Respublikasının ümumi təhsil müəssisələrini 2011/2012-ci, 2012/2013-cü və 2013/2014-cü tədris illərində bitirən qız abituriyentlər;
- Azərbaycan Respublikasının ilk-peşə ixtisas təhsili müəssisələrini 2012/2013-cü və ondan sonrakı tədris illərində bitirən qız abituriyentlər;
- 2011/2012-ci və ondan sonrakı tədris illərində Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün ərizə verib onu təsdiq etdirmiş qız abituriyentlər;
- I-IV ixtisas qruplarının hər hansı biri üzrə ərizələrinin təsdiqini təmin edib V ixtisas qrupu üzrə və ya tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə də ərizə verən abituriyentlər.
Çox sağ olun təşəkkür edirəm.
Buyurun.. xoşdur..
İmtahanda Uğurlar..
Hal-hazırda

İstifadəçilər: {0}

Qonaqlar: {5} Qonaq, Qonaq, Qonaq, Qonaq, Qonaq

Axtarış sistemləri: {0}

Ümumi: {5}


Qeyd: E-mail hesabları hazırda işlək olmayan 2 ildən çox sayta giriş etməyən istifadəçilərin hesabları hissə-hissə olaraq silinəcək.
Əvvəlki dizayna keçid
İstifadəçi Paneli
Yeni Hesab
Şifrənin bərpası
Son şərhlər
Sniper Ghost Warrior 2 [FLT]
Administrator - Messi124, Salam. Rəyinizə əsasən oyunu eyni qaydada yüklədim və quraşdıra bildim. Çox güman ki, siz
Sniper Ghost Warrior 2 [FLT]
Messi124 - Salam , mən bu oyunu torrent vasitəsilə yüklədim, yüklənmə tamamlandı və açmağa çalışarkən belə bir
GRID 2
Administrator - Link yeniləndi.
Bakcell İlk (Qualcomm) Firmware + Driver
Administrator - Tarlan, Salam. Bakcell alov telefonları köhnə model olduğuna görə və əlimizdə bu model telefon
Bizim seçim
Internet Download Manager 6.37.10
Internet Download Manager 6.37.10

Internet Download Manager, Flashget-dən sonra hazırlanmış bəlkə də ən yaxşı fayl yükləmə

CorelDRAW Graphics Suite 2019 21.2.0.706 ENG-RUS-TR
CorelDRAW Graphics Suite 2019 21.2.0.706 ENG-RUS-TR

CorelDRAW Graphics Suite 2019 21.2.0.706 ENG-RUS-TR

Adobe Acrobat Pro DC 2019 (v19.10.20099) Multilingual
Adobe Acrobat Pro DC 2019 (v19.10.20099) Multilingual

Adobe Acrobat Pro DC 2019 (v19.0) Multilingual

WinRAR v6.0.0 (32Bit/64Bit) EN-RU
WinRAR v6.0.0 (32Bit/64Bit) EN-RU

WinRAR v6.0.0 (32Bit/64Bit)

Arxivlər
Aprel 2024 (1)
Fevral 2024 (2)
Noyabr 2023 (1)
Sentyabr 2023 (1)
İyul 2023 (1)
Mart 2023 (4)
Facebook səhifəmiz