Format etmək
Salam. Komputerə heç vaxt format verilməyib. Format vermək istəyirəm ancaq elə eləmək olar orijinal sistemi pozulmsın? Və ya bunun üçün ən məsləhətli nədir?

Sual müəllifi:

Naso

Verilmiş cavab sayı: 12

Aleykum salam. Siz bir halda orjinal sistemi saxlaya bilərsiniz. əgər sizin kompyuterin yaddaşında recover faylı firma tərəfindən yazılıbsa bu mümkündür. əks halda mümkün deyil.
  • Naso
  • 27 mart 2015 12:33
Çox sağolun. Birdə saytda D diskini necə yaratmaq haqqında dərslik var?
Sitat: Naso
Çox sağolun. Birdə saytda D diskini necə yaratmaq haqqında dərslik var?

 
sizə hansı halda D diskinin yaranması lazımdır? format zamanı olan halda? yoxsa formatsız, yəni sistem işləyən halda?
  • Naso
  • 27 mart 2015 13:30
Sistem işləyən halda mümkündürsə lap ela olar. Çünku formatdan əvvəl faylları köçürərdim D diskinə.
Sitat: Naso
Sistem işləyən halda mümkündürsə lap ela olar. Çünku formatdan əvvəl faylları köçürərdim D diskinə.

 
gec cavab yazdığıma görə üzr istəyirəm.. Yazınızı indi gördüm..
sistem dili hansı dildədir kompyuterinizdə?
  • Naso
  • 31 mart 2015 19:10
windows 7 ingilis dilində. Çox sağolun cavabnıza görə.
1. Ekranda Computer ikonu üstündə mausun sağ düyməsini klikləyin.
2. Manage seçin..
3. Disk Management bölməsinə daxil olun...
4. Orada Hard Diskin ümumi yaddaşını görəcəksiniz. Məsələn 465 GB...
İlk öncə bir şeydə diqqətli olun. baxın görün həmin yerdə 100 MB-lıq yaddaş sahəsi varmı? Varsa aşağıdakıları edə bilərsiniz. yox əgər yoxdursa aşağıdakıları etmək məsləhət deyil. Çünki kompyuterinizi formatlayanda fayllarınızın D diskində olmasına baxmayaraq fayllarınız silinmə təhlükəsi ilə qarşı-qarşıya qala bilər.
5. Onun üzərində mausun sağ düyməsini klikləyin.
6. Shrink Volume seçimi edin.
7. Aşağıdakı şəkildə işarə olunmuş şəkildəki yerdə D diskinə nə qədər yaddaş vermək istəyirsinizsə onu o xanaya yazın. Məsələn D diskinə 200 GB yaddaş ayırmaq istəyirsinizsə 204800 yazın.. (200*1024 = 204800)
8. yuxarıdakı şəkildə Shrink əmrini seçəndə aşağıdakı kimi üstündə qara zolaq olan yaddaş sahəsi görəcəksiniz.
 
9. yuxarıdakı şəkildəki yaddaş sahəsi üstündə mausun sağ düyməsini klikləyin. New simple volume seçin. Açılan növbəti pəncərələrdə NEXT əmrini seçin. Sonuncu pəncərədə Finish seçin..
bir az yüklənmə gedəcək yaratdığınız yaddaş sahəsi avtomatik olaraq ekranda açılacaq. Ekrana çıxmasa Computer-ə daxil olun. Orada görəcəksiniz.
UĞURLAR!!!
  • Naso
  • 1 aprel 2015 18:07
Çox sağol  smile
  • Naso
  • 16 aprel 2015 19:18
Mən bu diski böləndən sonra əsas fayllarmı D diskinə yazsam, sonra format eləsəm heç bir problem olmaz? Mənim kömpüterimdə çox fayl var və ancaq diyəsən belə alınsa format edə bilərəm.
Xeyr, heç bir problem olmayacaq.. Hər ehtimala qarşı çaşmamaq üçün D diskinin adını dəyişib "Arxiv, Shexsi_fayllar" və s. bu kimi adlar verin ki format zamanı səhv etmək ehtimalınız olmasın. bir də ki, aşağıdakı şəkildə göstərdiyim yerdə baxın görün 100 MB-lıq yaddaş varsa rahat formada fayllarınızı D diskinizə köçürə və kompyuterinizi formatlaya bilərsiniz. Yoxdursa onda mütləq fayllarınızı bir başqa kompyuterə, flashkarta və s. xarici yaddaş qurğularından birinə yükləyin.. format zamanı fayllarınızın silinmə təhlükəsiylə qarşı-qarşıya qala bilərsiniz.

  • Naso
  • 24 aprel 2015 21:19
Burada məndə 100 mb yerib əvəzinə 2 dənə 400 və 300 mb lıq disklər var. Bunları etsəm problem olar?
400 (450) MB-lıq disk olur. Onu da format zamanı formatlamaq lazımdır.. Xeyr heç bir problemi yoxdur. Köhnə sistemin rezerv faylları o diskə yazılır. Əgər format etməsəniz kompyuter formatdan sonra 2 sistem olduğunu göstərə bilər..
Ən son bir şeyi diqqətinizə çatdırmalıyam ki, format zamanı bütün məsuliyyət öz üzərinizdə olur. Yəni ehtiyyatlı olun. Hər hansı bir səhviniz olarsa fayllarınız silinə bilər..
Hal-hazırda

İstifadəçilər: {1} PIfaG0r

Qonaqlar: {2} Qonaq, Qonaq

Axtarış sistemləri: {1} Yandex

Ümumi: {4}


Qeyd: E-mail hesabları hazırda işlək olmayan 2 ildən çox sayta giriş etməyən istifadəçilərin hesabları hissə-hissə olaraq silinəcək.
Əvvəlki dizayna keçid
İstifadəçi Paneli
Yeni Hesab
Şifrənin bərpası
Son şərhlər
Sniper Ghost Warrior 2 [FLT]
Administrator - Messi124, Salam. Rəyinizə əsasən oyunu eyni qaydada yüklədim və quraşdıra bildim. Çox güman ki, siz
Sniper Ghost Warrior 2 [FLT]
Messi124 - Salam , mən bu oyunu torrent vasitəsilə yüklədim, yüklənmə tamamlandı və açmağa çalışarkən belə bir
GRID 2
Administrator - Link yeniləndi.
Bakcell İlk (Qualcomm) Firmware + Driver
Administrator - Tarlan, Salam. Bakcell alov telefonları köhnə model olduğuna görə və əlimizdə bu model telefon
Bizim seçim
Internet Download Manager 6.37.10
Internet Download Manager 6.37.10

Internet Download Manager, Flashget-dən sonra hazırlanmış bəlkə də ən yaxşı fayl yükləmə

CorelDRAW Graphics Suite 2019 21.2.0.706 ENG-RUS-TR
CorelDRAW Graphics Suite 2019 21.2.0.706 ENG-RUS-TR

CorelDRAW Graphics Suite 2019 21.2.0.706 ENG-RUS-TR

Adobe Acrobat Pro DC 2019 (v19.10.20099) Multilingual
Adobe Acrobat Pro DC 2019 (v19.10.20099) Multilingual

Adobe Acrobat Pro DC 2019 (v19.0) Multilingual

WinRAR v6.0.0 (32Bit/64Bit) EN-RU
WinRAR v6.0.0 (32Bit/64Bit) EN-RU

WinRAR v6.0.0 (32Bit/64Bit)

Arxivlər
Fevral 2024 (2)
Noyabr 2023 (1)
Sentyabr 2023 (1)
İyul 2023 (1)
Mart 2023 (4)
Dekabr 2022 (2)
Facebook səhifəmiz